UEFA elit klubların baş məşqçilərinin forumuna dəvət almış şəxslər məlum olub
Sentyabrın 4-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Avropanın elit klublarının baş məşqçilərinin XX forumu keçiriləcək.

Ənənəvi illik toplantıda iştirak edəcək baş məşqçilərdən bəzilərinin adları açıqlanıb. Foruma Şenol Günəş (Beşiktaş), Massimiliano Alleqri (“Yuventus”), Joze Mourinyo (“Mançester Yunayted”), Karlo Ançelotti (“Napoli”), Rafael Benites (“Nyukasl Yunayted”), Serjiu Konseysau (“Porto”), Unai Emeri (“Arsenal”), Paulu Fonseka (“Şaxtyor Donetsk”), Rudi Qarsiya (“Marsel”), Xulen Lopeteqi (“Real Madrid”), Tomas Tuxel (“PSJ”), Arsen Venger və sair baş məşqçilər dəvət alıblar.

Forumda qitənin aparıcı komandalarının baş məşqçiləri UEFA klub turnirləri barədə fikir mübadiləsi aparacaq, Avropada futbolun inkişafı üçün təkliflər irəli sürəcəklər.

Xəbər 671 dəfə oxundu.