“Zirə” klubunun baş məşqçisi istefa verib
“Zirə” futbol klubunun baş məşqçi Ayxan Abbasov vəzifəsindən istefa verib.

Klub rəhbərliyi ilə görüşən mütəxəssis qeydə alınan nəticələri əsas gətirərək, istefasının qəbul olunmasını xahiş edib.

Baş məşqçinin istefa ərizəsi qəbul edilib.

Klub rəhbərliyi “Zirə”yə UEFA Avropa Liqasına vəsiqə qazandıran, bu yarışda mərhələ adlamağın sevincini yaşadan Ayxan Abbasova minnətdarlığını bildirib, ona karyerasında uğurlar arzulayıb.

AZƏRTAC

Xəbər 647 dəfə oxundu.