Azərbaycanın U-17 yığması “Prezident kuboku” turnirində ikinci yeri tutub
Qazaxıstanda keçirilən futbol üzrə “Prezident kuboku” turnirinə yekun vurulub.
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması final qarşılaşmasında Krasnodar Futbol Akademiyasının U-17 komandası ilə qarşılaşıb. Oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. On bir metrlik cərimə zərbələri seriyasını daha dəqiq yerinə yetirən rəqib turnirin qalibi olub.

Yığmamızın üzvlərindən Veysəl Rzayev turnirin ən yaxşı yarımmüdafiəçisi, Musa Qurbanlı isə ən yaxşı hücumçusu elan ediliblər.

Xəbər 1064 dəfə oxundu.