Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa super finalında iştirak edəcək
Çimərlik futbolu üzrə Azərbaycan millisi səkkiz komandanın iştirakı ilə keçiriləcək Avropa super finalına vəsiqə qazanıb.

Bu mərhələnin oyunları sentyabrın 6-dan 9-dək İtaliyanın Sardiniya adasındakı Alqero şəhərində keçiriləcək.

Azərbaycan millisi İspaniya, Portuqaliya və İsveçrə yığmaları ilə birlikdə “A” qrupunda yarışacaq. “B” qrupunda isə Rusiya, Belarus, Ukrayna, İtaliya milliləri yer alıblar.

Xəbər 661 dəfə oxundu.