Binəqədi rayonunda “Nərd”, “Şahmat” və “Dama” üzrə rayon birinciliyi keçirilib
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 24 avqust 2018-ci il tarixində ahıl vətəndaşların asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi məqsədilə M.Ə.Rəsulzadə qəsəbəsi R.Aboyev adına mədəniyyət və istirahət parkında

Birinciliyin nəticəsinə görə “Nərd” idman növü üzrə Adil Heydərov birinci, İsmayıl Məmmədov ikinci, Qafar Mamedov üçüncü yeri tutublar. “Şahmat” idman növü üzrə Səyyad Əliyev birinci, Manaf Manafov ikinci yerə; “Dama” idman növü üzrə İmamverdi Şəbəndəyev birinci, Sultan Mirzəyev ikinci, Xudaşükür Salmanov üçüncü yerdə qərarlaşıblar.

Qaliblər Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

Xəbər 1058 dəfə oxundu.