Gimnastlarımız dünya kuboku yarışlarının qalibi olub
Bədii gimnastika üzrə dünya çempionatından əvvəl Rusiyanın Kazan şəhərində keçirilən “Challenge” seriyasına aid sonuncu dünya kuboku yarışına yekun vurulub.

Turnirdə ölkəmizi qrup proqramında təmsil edən Aliyə Paşayeva, Siyana Vasileva, Ayşən Bayramova, Diana Doman və Zeynəb Hümbətova iki ip və üç topla icra etdikləri kompozisiyaya görə 20 ölkə arasından finala yüksəlməyi bacarıblar. Qızlarımız final çıxışında isə yeddinci yerdə (19,750 xal) qərarlaşıblar.

İl ərzində keçirilən “Challenge” seriyasına aid bütün dünya kuboklarının yekun xallarına əsasən Azərbaycanın qrup hərəkətləri komandası məhz onlara dəfələrlə medal qazandırmış iki ip və üç topla nümayişlərinə görə bütün rəqiblərini geridə qoyaraq qalib olublar.

Qeyd edək ki, bədii gimnastika üzrə dünya çempionatı sentyabrın 11-16-da Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək.

Xəbər 881 dəfə oxundu.