Göyçay rayonunda futbol festivalı keçirilib
“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində AFFA-nın və Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu rayonda futbol festivalı keçirilib.

Tədbirdə rayon polis idarəsinin, gənclər və idman idarəsinin rəhbərləri və layihənin əlaqələndiricisi Kərim Ağayev iştirak ediblər.

Tədbirdə Milli Məclisin deputatı, AFFA-nın birinci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti və layihənin rəhbəri Rauf Əliyev, Göyçay rayonundan seçilmiş deputat Sabir Hacıyev və rayon icra hakimiyyətinin başçısının müavini Zivər Zeynalova çıxış edərək layihənin həyata keçirilməsində məqsədin uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili olduğunu vurğulayıblar. Eyni zamanda, yeniyetmə və gənclərdə futbola və idmanın digər növlərə maraq yaratmaqdan, sağlam həyat tərzini təbliğ etməkdən ibarət olduğunu bildiriblər.

Tədbirdə uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb.

Sonda uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər.

Xəbər 839 dəfə oxundu.