Karateçimiz beynəlxalq turnirdə bürünc medal qazanıb
İran İslam Respublikasının Urmiya şəhərində 15 ölkədən 320 idmançının iştirak etdiyi karate-do üzrə “Urmiya-Open” XIV Beynəlxalq həmrəylik və dostluq çempionatında millimizin heyətində Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirməsi Aslan İsmayılov da mübarizə aparıb.

4 gün davam edən çempionatda naxçıvanlı idmançı 16-17 yaş qruplarında tatami üzərinə çıxıb. O, beynəlxalq çempionatda 76 kiloqram çəki dərəcəsində bürünc medal qazanıb.

Sonda idmançımız təşkilatçılar tərəfindən diplom, medal və pul mükafatı ilə təltif olunub.

Xəbər 925 dəfə oxundu.