“ASAN Xidmət”in tabeliyində olan qurumlar arasında mini futbol turniri keçirilir
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (VSXİDA) birgə təşkilatçılığı ilə Agentlik və tabeliyində olan qurumlar arasında keçirilən mini futbol turnirinin 1/8 final mərhələsinə yekun vurulub.

Qarşılaşmalarda “1 saylı ASAN” “Sumqayıt ASAN” komandasını 3:0, “Qəbələ ASAN” “Abad”ı 4:2, “Masallı ASAN” “2 saylı ASAN”ı 4:2, “VSXİDA” “ASAN Radio”nu 9:0, “Quba ASAN” “Mingəçevir ASAN” komandasını 8:1 hesabla məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıblar.

AZƏRTAC

Xəbər 1073 dəfə oxundu.