AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ SƏRƏNCAM


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən:

1. 2020-ci ildə XXXII Yay Olimpiya və XVI Paralimpiya oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı zəruri tədbirlərin yerinə yetirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 300.000 (üç yüz min) manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.


Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 21 oktyabr 2011-ci il
№ 332s

Xəbər 2430 dəfə oxundu.