Boksçularımız Serbiyada keçirilən beynəlxalq turnirdə 1 qızıl və 2 bürünc medal qazanıblar | |
Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb. 24 ölkənin qatıldığı yarışda Azərbaycan millisi 1 qızıl və 2 bürünc medal qazanıb. Vaqif Kazımovun rəhbərlik etdiyi yığmamızın heyətində Murad Allahverdiyev (80 kq) bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıb. O, finalda hindistanlı Abhimanyu Louranı 5:0 (30:27, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə məğlub edib. Komandamızın digər boksçularından Əli Zamanovla (48 kq) Əzrak Bəbirov (54 kq) 3-cü yerlə kifayətləniblər. Onlar yarımfinalda müvafiq olaraq, Bişvamitra Çinqhtam və Laxmani Thanqjamçaya (hər ikisi Hindistan) uduzublar. Qeyd edək ki, millimiz turnirə 8 boksçu ilə qatılmışdı. |
|
Xəbər 1282 dəfə oxundu. |
|
|