Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 5 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Respublika və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin, Vahid təqvim planına daxil edilmiş bədən tərbiyəsi tədbirlərinin və idman yarışlarının maliyyələşdirilməsi Qaydaları və bu tədbirlərin təşkili və keçirilməsinə ayrılan xərclərin Normaları"nda dəyişikliklər edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI


“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli Fərmanının 1.16-cı bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 5 yanvar tarixli 2 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №1, maddə 48) ilə təsdiq edilmiş “Respublika və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin, Vahid təqvim planına daxil edilmiş bədən tərbiyəsi tədbirlərinin və idman yarışlarının maliyyələşdirilməsi Qaydaları və bu tədbirlərin təşkili və keçirilməsinə ayrılan xərclərin Normaları”nın 2.7.1-ci və 2.7.2-ci yarımbəndləri aşağıdakı redaksiyada verilsin:

“2.7.1. respublika və beynəlxalq idman tədbirlərinə ezam olunan iştirakçıların yol xərcləri, yolda olduqları müddətdə tələb olunan gündəlik xərcləri və orta əməkhaqları - ezam edən təşkilat tərəfindən;

2.7.2. respublika və beynəlxalq idman tədbirlərinin iştirakçılarının tədbirdə olduqları müddətdə yemək və yataqla və ya gündəlik xərclə əlaqədar olan təminatı həmin tədbirin təsdiq edilmiş Əsasnaməsinə əsasən tənzimlənir; “.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri Artur RASİZADƏ
Bakı şəhəri, 19 dekabr 2011-ci il
№ 205

Xəbər 2520 dəfə oxundu.