“Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 14 iyun tarixli 144 nömrəli qərarında dəyişiklik edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”nin 16-cı bəndinə əsasən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təklifmi nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 14 iyun tarixli 144 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 572, № 7, maddə 642; 2007, № 5, maddə 556, № 8, maddə 850, № 11, maddə 1172, № 12, maddə 1342; 2011, № 1, maddə 57) 2-ci hissəsinin “Kollegiyanın üzvləri” bölməsində “İsmayılov Xəqani Eldar oğlu” sözləri “Cabbarov Azad Vaqif oğlu” sözləri ilə əvəz edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 30 yanvar 2012-ci il
№ 22

Xəbər 2766 dəfə oxundu.