XVI Yay Paralimpiya Oyunlarına hazırlıq məsələləri müzakirə edilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində (ARMPK) qurumun prezidenti İlqar Rəhimovun rəhbərliyi ilə müşavirə keçirilib.

Müşavirədə 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar Komitənin 2017-2020-ci illər üçün Strateji Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədilə görülmüş işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilib.

Müzakirələrin yekununda müvafiq qərarlar qəbul olunub.

AZƏRTAC

Xəbər 1066 dəfə oxundu.