Azad Rəhimov vətəndaşlarla görüşəcək
Avqustun 17-də gənclər və idman naziri Azad Rəhimov Göygöl rayonunda Göygöldə vətəndaşları qəbul edəcək.

Qəbulda Ağstafa, Daşkəsən, Gədəbəy, Göranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz, Gəncə, Naftalan, şəhər və rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Göygöl şəhəri, Heydər Əliyev parkı, Hummel küçəsi -2) başlanacaq.

Xəbər 1150 dəfə oxundu.