Həmyerlimiz Dünya Minifutbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü seçilib
Avqustun 16-da Kiyevdə Dünya Minifutbol Federasiyasının Baş Assambleyasının (DFF) iclası keçirilib.

Azərbaycan Minifutbol Federasiyasından verilən məlumata görə, tədbirdə bir sıra qərarlar qəbul olunub və təşkilati məsələlərə baxılıb. Namizədliyi seçicilər tərəfindən yüksək dəyərləndirilən Azərbaycan Minifutbol Federasiyasının sədri Elxan Əsədov səs çoxluğu ilə beynəlxalq federasiyanın İcraiyyə Komitəsinə üzv seçilib.

Azərbaycanın futbol tarixində ilk dəfə olaraq belə yüksək vəzifəyə seçilən həmyerlimiz beynəlxalq futbol oyunlarının təşkilində böyük təcrübəyə malikdır. E.Əsədov bundan əvvəl Dünya Minifutbol Federasiyasının İcraiyyə Komitəsinin qərarı ilə qurumun Yarışların təşkili komitəsinin sədri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, DFF-in İcraiyyə Komitəsinin üzvlüyünə Elxan Əsədovla yanaşı, ABŞ-dan Kevin Milliken və Bolqarıstandan Borislav Aleksandrov da seçiliblər.

Xəbər 932 dəfə oxundu.