Xaçmazlı kikboksinqçilər açıq rayon birinciliyinin qalibi olublar
Xaçmazda kikboksinq üzrə açıq rayon birinciliyinin qalibləri mükafatlandırılıb.

Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən yarışda 90 idmançı 13 çəki dərəcəsi üzrə mübarizə aparıb.

Medallar uğrunda Bakı, Quba, Qusar və Xaçmazdan, ümumilikdə, 8 komanda iştirak edib. Yarış uşaqlar, yeniyetmələr və gənclər arasında olmaqla, üç yaş qrupu üzrə keçirilib.

Qazanılan medalların sayına və əyarına görə Xaçmaz idmançıları komanda hesabında birinci olub. Qusar kollektivi ikinci, Bakı komandası isə üçüncü yeri tutub.

Qalib idmançılar medal və diplomlarla mükafatlandırılıblar.

Xəbər 1047 dəfə oxundu.