Futbol üzrə Azərbaycan yığması Belarusda qələbə qazanıb
Minskdə təlim-məşq toplanışında olan futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirib.

azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 1:0 hesabı ilə qalib gəlib. Millimizin heyətində Nigar Mirzəliyeva fərqlənib.

Xatırladaq ki, bu komandalar arasında avqustun 12-də keçirilmiş oyunda Belarus yığması eyni hesabla qalib gəlmişdi.

Xəbər 896 dəfə oxundu.