Yeniyetmə gimnastlar arasında fərdi proqramda çoxnövçülük üzrə yarışların qalibləri müəyyənləşib
Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatında və Bakı birinciliyində yeniyetmələr (2006-2007-ci il təvəllüdlü) arasında fərdi proqramda çoxnövçülük üzrə yarışların qalibləri müəyyənləşib.

Bu yaş kateqoriyasında fəxri kürsüdə yer alan hər üç gimnast “Ocaq Sport” klubunun təmsilçiləri olub. Belə ki, klubun yetirmələrindən Nigar Usubova birinci, Zəhra Paşayeva ikinci, Alina Gözəlova üçüncü yerdə qərarlaşıblar.

Milli Gimnastika Arenasında gənclər (2003-2005-ci il təvəllüdlü) və böyüklərin (2002-ci il təvəllüdlülər və ondan böyük) top, gürz, halqa və lentlə hərəkətlərdə mübarizəsinə start veriləcək.

Xəbər 1071 dəfə oxundu.