"Yuventus”un canlı əfsanəsi Alessandro Del Pyero kitab yazıb
“Yuventus”un canlı əfsanəsi Alessandro Del Pyero kitab yazıb. Uzun illərdir Turin klubunda oynayan 38 yaşlı hücumçu kitabının anonsunu təqdim edib. Bu, aprelin 24-dən satışa çıxarılacaq: “Peşəkar futbolda debütümdən 20 il, “Yuventus”la və milli komanda ilə bütün mümkünləri qazandıqdan və yaşadıqdan sonra karyeramda dönüş nöqtəsindəyəm. Mən hələ də futbolçu kimi əsl mənada son illəri yaşamaq, ancaq eyni zamanda toplanmış təcrübəni kitabın əyləncəli, isti və yüngül səhifələri ilə ötürmək istəyirəm. Mən ondan danışmaq istəyirəm ki, öz gözəl oyunumda dünyanı, o cümlədən keçirdiyim bütün bu illəri dərk elədim. Bunlar dəyərlərdir ki, mən bunu bu gün 10 nömrəli formanı geyməyə arzulayanlara ötürmək istəyirəm”.

Qeyd edək ki, karyerası boyu 10 nömrəyə sadiq olan Alessandro 10 il öncə yığmasının heyətində milli komandamıza Bakıda 2:0 hesabı ilə qalib gəldikləri rəsmi oyunda cərimə zərbəsindən gözəl qola imza atıb.

Xəbər 1123 dəfə oxundu.