AFFA təmsilçisi UEFA tərəfindən beynəlxalq oyuna təyinat alıb
FIFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Yaqelloniya” (Polşa) – “Gent” (Belçika) qarşılaşmasının qalibi ilə “Mariupol” (Ukrayna) – “Bordo” (Fransa) görüşündə üstün olan komanda arasında avqustun 23-də keçiriləcək oyunun baş hakimi Əliyar Ağayev olacaq.

Ona Rza Məmmədov və Zeynal Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

affa.az

Xəbər 714 dəfə oxundu.