Derbini “aslan” qazandı
Türkiyə Superliqasının final mərhələsi çərçivəsində daha bir oyun keçirilib. İdman.com.az saytının məlumatına görə, güclü leysan ucbatından şənbə günündən yarımçıq qalan “Beşikdaş” – “Qalatasaray” matçı qonaqların qələbəsi ilə nəticələnib.

“İsmət İnönü” stadionunda baş tutan qarşılaşmada hesabı 26-cı dəqiqədə Felipo Melo açıb. İkinci yarıda Aydın İlmazın sayəsində daha bir qol vuran “Qalatasaray” derbidən 3 xalla ayrılıb. “Ağ-qaralar” isə matçı 10 nəfərlə başa vurub. 54 və 88-ci dəqiqələrdə sarı vərəqə ilə cəzalandırılan Robert Hilbert meydandan qovulub.

Xatırladaq ki, daha öncə "Fənərbağça" doğma azarkeşləri önündə "Trabzonspor"u (2:0), Sivasspor" isə "Bursaspor"u (4:0) məğlub etmişdi.

Xəbər 1016 dəfə oxundu.