Azərbaycan şahmatçıları Birləşmiş Ərəb Əmirliklərində ilk qələbələrini qazanıblar
Əbu-Dabidə 25-ci Beynəlxalq Şahmat Festivalı başlanıb.

Yarış çərçivəsində “Masters”, “Open”, “Juniors” turnirləri keçirilir.

İsveçrə sistemi üzrə 9 turda keçirilən “Маsters” turnirində 31 ölkədən 161 şahmatçı, o cümlədən 58 qrossmeyster iştirak edir. Birinci turda 69 şahmatçı, o cümlədən Azərbaycandan olan beynəlxalq dərəcəli usta Günay Məmmədzadə ilk partiyanı qələbə ilə başa vurub. Bu turnirdə iştirak edən FIDE ustası Rəvan Əliyev isə Hindistandan olan rəqibini üstələyə bilməyib.

“Open” turnirində 36 ölkədən 150 idmançı iştirak edir. Birinci turdan sonra 109 şahmatçı, o cümlədən Azərbaycan təmsilçisi Fəridə Mustafayeva qalib gəlib.

“Juniors” turnirində 19 ölkədən 150 şahmatçı mükafat uğrunda mübarizə aparır. Burada iştirak edən Rəvan Əliyev və Fərid Mustafayev birinci turda rəqibləri üzərində qələbə qazanıblar.

Xəbər 981 dəfə oxundu.