Heydər Əliyev Mərkəzinin parkında həndbol dərsi keçiriləcək
Avqustun 12-də saat 18:00-da Heydər Əliyev Mərkəzinin parkında həndbol dərsi keçiriləcək.

Dərsi kişi həndbolçulardan ibarət milli komandanın baş məşqçisi Hikmət Abdullayev aparacaq.

Dərsə qatılanların idman geyimində olması tələb edilir. İştirak üçün minimum yaş həddi 7-dir. Təlimdə iştirak ödənişsizdir.

Xəbər 1183 dəfə oxundu.