“Qəbələ” komandası “Səbail” klubu ilə oyunun hazırlığına start verib
“Qəbələ” komandası Topaz Premyer Liqasının 2018-2019-cu illər mövsümünün ilk turunun hazırlığına start verib.

“Qırmızı-qaralar” “Səbail” ilə avqustun 12-də keçiriləcək qarşılaşmaya Bakıda hazırlaşırlar. Avqustun 4-də keçirilmiş “Keşlə” komandası ilə yoxlama oyunundan (2:0) sonra birgünlük istirahətə buraxılan komanda bir araya gəlib.

“Qəbələ” avqustun 6-da “Bakı” futbol klubunun təlim-məşq bazasında hazırlıq keçib. Günün ikinci yarısına təsadüf edən məşq prosesi fiziki hazırlıqla başlayıb. Ardınca futbolçular topla çalışmaları yerinə yetiriblər.

Xatırladaq ki, avqustun 12-də keçiriləcək “Qəbələ” – “Səbail” matçı saat 19:00-da başlayacaq. Oyun Qəbələ şəhər stadionunda keçiriləcək.

Xəbər 714 dəfə oxundu.