Milan Baroş “Qalatasaray”dan ayrılmaq istəmir
“Qalatasaray”ın çex hücumçusu Milan Baroş komandadan ayrılacağı ilə bağlı yayılan söz-sözhbətlərə münasibət bildirib. Adman.com.az saytının məlumatına görə, 31 yaşlı futbolçu İstanbul təmsilçisində qalmaq arzusunda olduğunu bildirib:

“Qalatasaray”ın rəhbərliyi klubdan ayrılacağımla bağlı mənə bir söz deməyib. Burada özümü xoşbəxt hiss edirəm. 4 ildir şərəfini qoruduğum komandada bəzən xoşagəlməz hadisələrlə üzləşsəm də, uğurlu çıxış etdiyimi düşünürəm. Bir sözlə, “Qalatasaray”da qalmaq istəyirəm”.

Xəbər 1129 dəfə oxundu.