AFFA təmsilçisi UEFA tərəfindən beynəlxalq oyuna təyinat alıb
AFFA-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Mehdiyeva beynəlxalq oyuna təyinat alıb.

K.Mehdiyeva UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Şerif” (Moldova) – “Valur” (İslandiya) qarşılaşmasının UEFA nümayəndəsi olacaq.

Matç avqustun 9-da yerli vaxtla saat 20:00-da “Şerif” stadionunda keçiriləcək.


affa.az

Xəbər 687 dəfə oxundu.