Binəqədi rayonunda gənclər arasında “Boulinq” birinciliyi keçirilib
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi rayonunda 12 Avqust - “Beynəlxalq Gənclər günü”nün qeyd edilməsi haqqında 03 avqust 2018-ci il tarixli 226 №-li Sərəncamının icrasına uyğun olaraq Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə avqustun 7-də “Elite” əyləncə və istirahət mərkəzində gənclər arasında “Boulinq” birinciliyi keçirilib.

Yarışın bağlanış mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev çıxış edərək gəncləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonra qaliblər təşkilatçılar tərəfindən diplom, medal və xatirə hədiyyələri ilə mükafatlandırılıblar. “Boulinq” birinciliyinin nəticəsinə görə, Rüfət Qasımzadə birinci yerə, Orxan Salmanov ikinci yerə, Nicat Cəfərov üçüncü yerə layiq görülüblər.

Xəbər 1223 dəfə oxundu.