Astaralı idmançılar beynəlxalq turnirdə beş medal qazanıblar
Astaralı idmançılar Biləsuvar rayonunda “Ayaz” karate do klubunun 20 illiyinə həsr olunmuş beynəlxalq turnirdə beş medal qazanıblar.

İki gün davam edən yarışda astaralı idmançılardan Feyzulla Tarverdiyev 55 kiloqram çəki dərəcəsində birinci, Seymur Həsənov 35, Sadiq Tahirov 45, Yusif Mirzəyev 75 kiloqram çəki dərəcəsində ikinci, Qulam Əsgərli isə 35 kiloqram çəki dərəcəsində üçüncü yerə sahib olublar.

İdmançıları yarışa VKC karate do idman növü üzrə III dan qara kəmər ustası, məşqçi-müəllim Zamin Baxşıyev hazırlayıb.

Xəbər 1093 dəfə oxundu.