Azərbaycan batutçuları dünya kubokunda çıxış ediblər
Batut üzrə Azərbaycan yığma komandasının üzvləri Yaponiyanın Mayebaşi şəhərində keçirilən dünya kuboku yarışında iştirak ediblər.

Qadın və kişi gimnastlarımız həm fərdi, həm də sinxron proqramda güclərini sınayıblar. İdmançılarımızdan ən yaxşı nəticəni sinxron cütlüklərin yarışında Ruslan Ağamirov və İlya Qrişunin göstəriblər. Gimnastlarımız final mərhələsində topladıqları 45,250 xalla altıncı yerdə qərarlaşıblar.

Turnirdə 19 ölkədən ən güclü batutçular mübarizə aparıblar.

Xəbər 911 dəfə oxundu.