İspan və ingilislərin Burak mübarizəsi
Burak Yılmaz «Trabzonspor»la çempionluq mübarizəsinə qalxdığı bir zamanda Avropa klubları da Türkiyə millisinin oyunçusunu transfer etmək üçün zəmin hazırlamağa başlayıblar. İdman.com.az saytının məlumatına görə, qolçu futbolçunu bir ingilis və bir ispan klubunun istədiyi bildirilir. Həmin klublar işə keçmək üçün mövsümün sonunu gözləyirlər.

İngilis Premyer Liqasından Burakı istəyən «Aston Villa»dan türk futbolçu üçün transfer təklifinin hazırlanacağı bildirilib. Daren Bentin zədəsi səbəbindən qol yollarında çətinlik çəkən ingilis klubu Burakın transferi üçün maliyyə vəsaitinin necə əldə edilməsi barədə düşünür. Premyer Liqadan daha öncə «Fulhem» də Burak Yılmaza maraq göstərirdi.
İspaniyadan isə türk futbolçunu sıralarında görmək arzusunda olan «Sevilya»dır.

Xəbər 1064 dəfə oxundu.