Formula-1 Azərbaycan Qran Prisi ilin ən yaxşı mərhələsi seçilib
Formula-1 Azərbaycan Qran Prisi bu ilin ən yaxşı mərhələsi hesab olunub.

Bu, Formula-1 “Twitter” səhifəsində keçirilmiş sorğu nəticəsində məlum olub.

Sorğuda iştirak edənlərin 62 faizi Azərbaycan Qran Prisini ən yaxşı mərhələ hesab edib. İkinci yeri 38 faiz səslə Böyük Britaniya Qran Prisi tutub.

Qeyd edək ki, 27-29 aprel 2018-ci il tarixlərində keçirilmiş Azərbaycan Qran Prisinin qalibi “Mercedes”in britaniyalı pilotu Lyuis Hemilton olub.

Xəbər 1077 dəfə oxundu.