Araz “Panionios”la hazırlığı ABŞ-a keçəcək | |
Azərbaycan yığmasının futbolçusu Araz Abdullayev mövsümlərarası fasiləni ABŞ-da keçirə bilər. Apasport.az saytının məlumatına görə, buna 20 yaşlı futbolçunun çıxış etdiyi Yunanıstanın “Panionios” klubunun planları səbəb olub. Belə ki, Superliqa təmsilçisi yay fasiləsində okeanın o tayında hazırlıq keçmək təklifi alıb. Artıq məsələnin detalları müzakirə olunur. Hələlik yeganə problem kimi sınaqçı rəqiblərin olmamağı göstərilir. Lakin bu istiqamətdə də danışıqlar aparılır. |
|
Xəbər 1062 dəfə oxundu. |
|
|