Azərbaycan idmançıları İtaliyada idman dırmanması üzrə beynəlxalq turnirdə iştirak edirlər
Avqustun 3-də İtaliyanın Arko şəhərində idman dırmanması üzrə “Rock Junior” yarışına start verilib.

Turnirdə ölkəmizi Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının və Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun üzvləri Toğrul Abdullayev və qızı Mədinə təmsil edirlər.

2009-cu il təvəllüdlü Mədinə Abdullayeva boldrinq, çətinlik və sürət yarışlarında qüvvəsini sınayacaq. Bundan başqa, yeniyetmə idmançımız atası Toğrul Abdullayev ilə birgə sürət üzrə keçiriləcək ailəvi yarışlarda (Family race) da mübarizə aparacaq.

Xəbər 1531 dəfə oxundu.