Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Marius Vizeri qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Marius Vizeri qəbul etmişdir.
Görüşdə ölkəmizdə idmanın inkişafı ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlərdən söhbət açılmış, idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində Azərbaycanın gördüyü işlərdən danışılmışdır.
Söhbət zamanı Azərbaycanda ardıcıl olaraq mötəbər beynəlxalq idman tədbirlərinin keçirildiyi və bunların yüksək səviyyədə təşkil edildiyi vurğulanmışdır.
AzərTAc

Xəbər 1685 dəfə oxundu.