Oynanmayan matçın davası
«Beşikdaş»la «Qalatasaray»ın şənbə günü oynanılası matçı güclü yağış səbəbindən baş tutmayıb, bu günə ertələnsə də, Qaziantepdə iki rəqibin fanatları arasında bıçaq və taxta parçalarından istifadə etməklə davası çıxdı. İdman.com.az saytının məlumatına görə, bu dava iki nəfərin yaralanması ilə nəticələnib.

İncilipınar məhəlləsindəki Nişantaşı küçəsində axşama yaxın baş verən hadisə ilk olaraq rəqib fanatların söz davası ilə başlayıb, sonra isə əlbəyaxaya çevrilib. Zərərçəkənlərdən biri qolundan, digəri başından bıçaq yarası alıb. Onların hər ikisi «Beşikdaş» azarkeşi olub.

Hadisə yerinə çağırılan təcili yardım maşını ilə xəstəxanaya aparılan yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Azğın azarkeşləri ancaq polisin qüvvəsi ilə sakitləşdirmək mümkün olub.

Xəbər 1327 dəfə oxundu.