Azərbaycanlı futzal hakimləri beynəlxalq turnirlərə təyinat alıblar
Qadın futzalçılardan ibarət milli komandalar arasında ilk dəfə təşkil edilən Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.

FIFA referisi Yusif Nurullayev çempionatın “C” qrupunun avqustun 20-dən 24-dək Moldovanın paytaxtı Kişineuda keçiriləcək oyunlarını idarə edəcək. Bu qrupda Belarus, Ermənistan və Moldova milli komandaları yer alıblar.

Futzal üzrə FIFA referisi Ramil Namazov isə UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsinin “A” qrupunda keçiriləcək oyunlara təyinat alıb. “Mostar”, “Futsal Gentofte”, “Makkabi Nahalat Yitjak Tel Aviv” və “Wattcell Futsal Club” komandalarının mübarizə aparacağı bu qrupun görüşləri avqustun 28-dən sentyabrın 2-dək Bosniya və Herseqovinada oynanılacaq.

Xəbər 752 dəfə oxundu.