Anjelika İsayeva: Bakıda çempion olduğum üçün çox xoşbəxtəm
Bakıda keçirilən ikinci beynəlxalq həmrəylik tennis çempionatında qalib gəldiyim üçün çox xoşbəxtəm. Bu qələbə sayəsində Bakının qəlbimdə hər zaman xüsusi yeri olacaq.

Bu fikirləri Bakıda keçirilən ikinci beynəlxalq həmrəylik tennis çempionatında qadınların fərdi yarışında qızıl medalın sahibi olan Rusiya tennisçisi Anjelika İsayeva deyib.

Final görüşü haqqında təəssüratlarını bölüşən A.İsaeva bildirib: “Final görüşü çox çətin keçdi. Birinci setdə istədiyim oyunu göstərə bilmədim. İkinci setdə bir az yorulduğum üçün rəqibim bundan istifadə edərək qalib gəldi. Lakin sonuncu setdə bütün gücümü toplayaraq matçı qələbə ilə başa vura bildim. Qrup oyununda Züleyxa Safarova ilə birgə çıxış etdik. Məğlub olmağımıza baxmayaraq, çox gözəl oyun nümayiş etdirdik”.

Xəbər 319 dəfə oxundu.