Həmyerlilərimiz Ukraynada turnir təşkil ediblər
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin İdman departamentinin təşəbbüsü ilə Kiyev şəhərində stolüstü tennis üzrə həvəskarlar arasinda turnir kecirilib. İdman.com az saytının məlumatına görə, Kiyev tennis mərkəzində təşkil edilən yarışda həvəskarlardan ibarət 6 komanda istirak edib.

Gənclər arasında 2 gun davam edən turnirdə Ukrayna Azərbaycanli Gənclər Birliyinin “Buta” komandası 2-ci yerə cıxıb. Yarışda 1-ci yerə isə Ukraynanın “Qurman” komandası layiq görülüb. Turnirin sonunda qaliblərə UAGB-nın diplomları təqdim olunub.

Xəbər 1430 dəfə oxundu.