Bakıda ikinci beynəlxalq həmrəylik tennis çempionatında cütlüklərin yarışında qaliblər bəlli olub
Bakıda keçirilən ikinci beynəlxalq həmrəylik tennis çempionatında cütlüklərin yarışlarında da qaliblər bəlli olub.

Qız cütlüklərin yarışında həlledici görüşdə Züleyxa Səfərova (Azərbaycan) - Anjelika İsayeva (Rusiya) tandemi qırğızıstanlı Kseniya Palkina-Sara Kunakunova dueti ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə qırğızıstanlı tennisçilər 2:1 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Tennisçilərimiz Alina Qavriş-Umayra Həşimova isə turniri üçüncü pillədə başa vurublar.

Oğlan cütlüklərin yarışında birinci yer uğrunda görüşdə türkiyəli tennisçilər Bora Başlar və Burakcan Yılmaz Belarus tandemi Yaroslav Şila və Maksim Dubarenkoya 2:0 hesabı ilə məğlub olublar. İraqlı raketka ustaları Ali Casim Davud Suad və Adil Mustafa Abdulkarim Al-Saedi, seneqallı Yannik Lanquina və İraq təmsilçisi Mustafa Faysal Mahmud Al-Saedi isə turnirdə üçüncü olublar.

Xəbər 1767 dəfə oxundu.