Masallıda sambo üzrə rayon birinciliyi başa çatıb
Masallı şəhərindəki Cənub Cüdo Təlim Mərkəzində Gənclər və İdman Nazirliyinin yaranmasının 24-cü ildönümü münasibətilə uşaqlar, yeniyetmələr və gənclər arasında sambo üzrə rayon birinciliyi başa çatıb.

Masallı rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə iki gün davam edən yarışda 78 idmançı 11 çəki dərəcəsində qələbə uğrunda mübarizə aparıb.

Qaliblər diplom və medallarla mükafatlandırılıblar.

Xəbər 972 dəfə oxundu.