Qadın voleybolçulardan ibarət Azərbaycan millisi İsveçrə yığmasına qalib gəlib
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin ikinci heyəti Bakıda hazırlığını davam etdirir.

Komandamız təlim-məşq toplanışı çərçivəsində Bakıda qonaq olan İsveçrə yığması ilə yoxlama matçları keçirib.

Azərbaycan Voleybol Mərkəzində keçirilən hər iki qarşılaşmada təmsilçimiz 3:1 hesabı ilə qalib gəlib.

Xəbər 1228 dəfə oxundu.