“Keşlə” klubunun yeni baş məşqçisi bəlli olub
Bu gün “Keşlə” futbol klubunun yeni baş məşqçisi Müşahidə Şurasının iclasından sonra bəlli olub.

Toplantıda baş məşqçi vəzifəsinə Mladen Milinkoviçin təyin edilməsinə dair qərar qəbul olunub.

Serbiyalı mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, “Keşlə”nin baş məşqçisi postunda Yuri Maksimovu əvəzləyən Milinkoviçin 50 yaşı var. Onun sonuncu iş yeri Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Albaniyanın "Kukesi" komandası olub.

Xəbər 971 dəfə oxundu.