"Sabah" klubu paraqvaylı futbolçu ilə müqavilə imzalayıb
Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Sabah" klubu daha bir futbolçunu heyətinə cəlb edib.

Paraqvaylı yarımmüdafiəçi Erik Ramosla birillik müqavilə bağlanıb.

Otuz bir yaşlı futbolçu karyerası ərzində Paraqvayın "12 Oktyabr", "3 Fevral", "Rubio", "General Dias" komandalarının şərəfini qoruyub. O, 2012-2016-cı illər aralığında ölkəmizdə "Neftçi" klubunun uğurları üçün çalışıb.

Xəbər 885 dəfə oxundu.