“Kayrat”–“Az Alkmar” oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək
Futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Kayrat” (Qazaxıstan) – “Az Alkmar” (Hollandiya) oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, matç iyulun 26-da Qazaxıstanın Almatı şəhərindəki “Ortalyk” stadionunda keçiriləcək.

Xəbər 638 dəfə oxundu.