Azərbaycan basketbolçuları böyük hesabla Moldova yığmasına qalib gəliblər
Bolqarıstanda “B” divizionunun gənclərdən ibarət basketbol komandaları arasında Avropa çempionatı keçirilir.

Azərbaycan yığması 17-22-ci yerlər uğrunda birinci matçında Moldova yığması ilə qarşılaşıb və böyük hesabla onu məğlubiyyətə uğradıb: 121:56. Komandaya xalların çoxunu Endər Poladxanlı qazandırıb: 48 xal.
Azərbaycan yığması 17-22-ci yerlər uğrunda ikinci matçını iyulun 21-də Slovakiya yığması ilə keçirəcək.

Xəbər 1299 dəfə oxundu.