"Sabah” klubu serbiyalı qapıçını heyətinə qatıb
“Sabah” klubu daha bir futbolçu ilə münasibətlərini rəsmiləşdirib.

Serbiyalı qapıçı Saşa Stamenkoviçlə birillik müqavilə bağlanıb.
Otuz üç yaşlı qolkiper Bakı təmsilçisinin heyətində 30 nömrəli futbolkada çıxış edəcək.
Qapıçı karyerası ərzində Serbiyanın “Radniçki 1923”, “Napredak”, “Srvena Zvezda”, Qazaxıstanın “Okjetpes” klublarında çıxış edib. O, 2011-2015-ci illərdə ölkəmizdə “Neftçi”nin şərəfini qoruyub.

Xəbər 622 dəfə oxundu.