Voleybol üzrə turnir Azərbaycan milli komandası üçün fiasko ilə başa çatıb
Voleybol üzrə gənc qızlar arasında Avropa çempionatının ikinci təsnifat mərhələsinə yekun vurulub. Turnir Azərbaycan milli komandası üçün fiasko ilə başa çatıb.

Belə ki, D qrupunda yer alan yığmamız Avstriya, Slovakiya, İsveçrə və Bolqarıstana məğlubiyyətin ardından Hollandiyaya da uduzub – 1:3 (25:14, 21:25, 21:25, 21:25). Beləliklə, keçirdiyi 5 oyunda 1 xal toplaya bilməyən voleybolçularımız qrup sonuncusu olublar.

Rəqiblərimizdən isə ilk pilləni tutan Slovakiya birbaşa final mərhələsinə yüksəlib (12 xal). İkinci və üçüncü yerdə qərarlaşan Bolqarıstan və Avstriya yığmaları isə pley-offda mübarizəni davam etdirəcəklər.

Xəbər 1027 dəfə oxundu.