Stolüstü tennis üzrə qızlardan ibarət Azərbaycan millisi Avropa çempionu olub
Rumıniyanın Kluj-Napoka şəhərində gənclər arasında stolüstü tennis üzrə Avropa çempionatı keçirilir.

44 ölkədən 42 kişi və 39 qadın komandasının iştirak etdiyi çempionatda qızlardan ibarət Azərbaycan millisi finalda Rusiya komandasına qalib gələrək qızıl medal qazanıb. Bu, Azərbaycan stolüstü tennis tarixində ən yüksək nəticədir.

Xatırladaq ki, 2017-ci il gənclərin Avropa çempionatında qızlardan ibarət yığmamız bürünc medal qazanmışdı.

Çempionatda şəxsi yarışlar davam edir.

Xəbər 1324 dəfə oxundu.