“Neftçi” klubu UEFA Avropa Liqası ilə vidalaşıb
Görüşün ilk hissəsində 3 dəqiqə ərzində iki dəfə fərqlənən ev sahibləri böyük üstünlük əldə ediblər. Belə ki, matçın 19-cu dəqiqəsində Robert Litauski, 21-ci dəqiqəsində isə Boyan Sankoviç fərqləniblər.

Oyunun 50-ci və 65-ci dəqiqələrində Donat Zsoterin və Obinna Emmanuel Nvobodonun qolları ilə hesab arasındakı fərqi dörd topa çatdıran “Uypeşt” komandası iki oyunun cəminə əsasən növbəti mərhələyə vəsiqə qazanıb.

Beləliklə, “Keşlə” və “Qəbələ” klublarından sonra “Neftçi” komandası da UEFA Avropa Liqasında mübarizəni dayandırıb.

Xəbər 927 dəfə oxundu.